Ana Sayfa > M / Karusel / Dünya / M2 / Fotogalereya > Daşqın nəticəsində 37 nəfər xəsarət alıb, 13 nəfər ölüb, 20 nəfər itkin düşüb. (FOTO)

Daşqın nəticəsində 37 nəfər xəsarət alıb, 13 nəfər ölüb, 20 nəfər itkin düşüb. (FOTO)


15-06-2015, 19:23. Yazar: Xeberaz
Daşqın nəticəsində 37 nəfər xəsarət alıb, 13 nəfər ölüb, 20 nəfər itkin düşüb. (FOTO)

Gürcüstanın paytaxtı Tiflisdə daha bir qız meyiti tapılıb.

Xeberaz.az -ın məlumatına görə, bununla sel nəticəsində ölənlərin sayı 13-ə çatıb. 20 nəfər hələ də itkin düşmüş sayılır.

Gürcüstanın səhiyyə naziri David Sergeenko daşqından 37 nəfərin zərər çəkdiyini açıqlayıb: "Daşqın nəticəsində 37 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanada müalicə alırlar. Birinin çoxlu zədələri var".

Xatırladaq ki, Tiflisdə güclü yağışlar nəticəsində paytaxt zooparkının yaxınlığında yerləşdiyi Vere çayı daşaraq zooparkı və ətrafı su basıb. Zooparkdan qaçan onlarla vəhşi heyvan hələ də paytaxt küçələrində gəzişir. Şəhərin infrastrukturuna ciddi ziyan dəyib.

Mütəxəssislər dəyən zərərin 18 milyon dollar olduğunu deyirlər.











Geri dön