Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz-ın debatı > İrəvan bunun cavabını alacaq: şəhidlərimiz...

İrəvan bunun cavabını alacaq: şəhidlərimiz...


28-02-2017, 10:11. Yazar: Xeberaz
İrəvan bunun cavabını alacaq: şəhidlərimiz...
Bu gün Ermənistan təsadüfi qazandığı dövlətçiliyini uçuruma aparır.

Bu sözləri son günlər cəbhə xəttində müşahidə edilən gərginliklə bağlı danışan millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, ermənilər öz ideologiyaları ilə yürütdükləri siyasətə sadiq qalırlar:

“Qarşıdan Ermənistanda parlament seçkiləri gəlir. Hazırkı Sərkisyan iqtidarının erməni cəmiyyəti qarşısında verə biləcəyi elə bir faydalı iş hesabatı yoxdur, yeganə çarəni Ermənistan-Azərbaycan cəbhə xəttində təxribatlar törətməkdə görürlər. Ermənilər döyüş mövqelərimizə hücum etməklə hərbi toqquşmalar üçün zəmin yaradırlar. Ancaq bununla belə, təxribatların acı nəticəsini özlərinin dadacağını unudurlar. Hazırkı iqtidarın apardığı siyasət nəticəsində Ermənistan əhalisi iki dəfə azalıb. Bu gün Ermənistan təsadüfi qazandığı dövlətçiliyini uçuruma aparır”.

Millət vəkili bildirib ki, İrəvan Bakı ilə münasibətlərinə ancaq militarist nöqteyi-nəzərdən yanaşır:

“Undurlar ki, Azərbaycan güclü orduya, beynəlxalq nüfuza malikdir. Həlak olan hərbçilərimizin qanı yerdə qalmayacaq, Ermənistan mütləq əməllərinə görə artıqlaması ilə cavab verəcək”.
Geri dön