Ana Sayfa > M / Karusel / Siyasət > “Mən Rusiyaya 10 ildir ki, zəng vurmuram” — Tramp

“Mən Rusiyaya 10 ildir ki, zəng vurmuram” — Tramp


28-02-2017, 02:15. Yazar: Xeberaz
“Mən Rusiyaya 10 ildir ki, zəng vurmuram” — Tramp
"Xəbəraz.az " xəbər verir ki, bu barədə ABŞ-ın 45-ci prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, 10 il ərzində nə Rusiya ilə danışıb, nə də ora zəng vurub.

“Mən 10 ildir ki, Rusiyadan kimləsə danışmamışam. Heç kimə zəng vurmamışam”, - deyə Tramp bildirib.

Jurnalistlərin rusiyalı biznesmenlərlə görüşmüsünüzmü sualına isə ölkə başçısı heç bir cavab verməyib.

Qeyd edək ki, Trampın prezidentliyə namizədliyi dövründə belə bir məlumat yayılmışdı ki, o Rusiyadan dəstək alır. Onun rusiyalı təşfiyyatla əlaqəli olduğu da bildirilirdi. Hətta Trampın 2016-cı ilin noyabr ayında Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışdığı da bidirilmişdi.

Qeyd edilirdi ki, telefon danışığı zamanı tərəflər beynəlxalq və regional məsələləri müzakirə edib. Putinin iki dövlətin bir-birinin daxili işlərinə qarışmaması ilə bağlı Trampdan zəmanət istədiyi qeyd olunub. Həmçinin Suriya, İraq və Ukraynada toqquşan maraqların həlli istiqamətində addımlar atılması nəzərdə tutulub.
Geri dön