Ana Sayfa > M / Karusel / İdman / M2 / Araşdırma > Ərəb klublarının "Qarabağ"ın futbolçusuna elçi düşməsi xəbərinə aydınlıq gətirilib.

Ərəb klublarının "Qarabağ"ın futbolçusuna elçi düşməsi xəbərinə aydınlıq gətirilib.


15-06-2015, 17:39. Yazar: Xeberaz
Ərəb klublarının "Qarabağ"ın futbolçusuna elçi düşməsi xəbərinə aydınlıq gətirilib.
Xeberaz.az xəbər verir ki, “Reynaldo heç yerə getmir, hələ 3 il bizdədir”. Bu sözləri ANS PRESS-ə açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. Yerli mətbuatda Reynaldonun Birləşmiş Ərəb Əmirliklərinin bir klubundan təklif alması xəbərinə münasibət bildirən “Qarabağ” rəsmisi yayılan məlumatların şaiyə olduğunu söyləyib:

"Reynaldoya nə Birləşmiş Ərəb Əmirliyinin klubundan, nə də ki, başqa klubdan təklif gəlməyib, heç maraqlanan da yoxdur. Ötən mövsüm “Salzburq”, “Ayntraxt” və s kimi klublar maraqlanırdı və bunu da açıqlamışdıq. İndi isə Reynaldo ilə 3 illik müqaviləmiz var və “Qarabağ”ın uğurları üçün çalışacaq”.

Qeyd edək ki, braziliyalı ulduz Reynaldo Silva 2013-cü ildən “Qarabağın şərəfini qoruyur. “Anderlext”dən “Qarabağ”a keçən futbolçu 64 oyuna 34 qol vurub. Futbolçu xüsusilə Avropa Liqasında göstərdiyi oyunlar azarkeşlərin rəğbətini qazanıb.
Geri dön