Ana Sayfa > M / Karusel / Dünya / M2 / Foto-fakt / Xəbəraz TV > Tiflis fəlakətdən sonra (VİDEO)

Tiflis fəlakətdən sonra (VİDEO)


15-06-2015, 15:43. Yazar: Xeberaz
Tiflis fəlakətdən sonra (VİDEO)
Gürcüstanın paytaxtı dəhşətli hadisədən sonra özünə gəlməyə çalışır.
Youtube videoportalında Gürcüstanın paytaxtı Tiflisin seldən sonrakı görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, kadrlar quş uçuşu hündürlüyündən çəkilib. Videoda dağılmış yollar, boş küçələr və viran qalmış infrastruktur gözə dəyir. Sel nəticəsində Tiflisin mərkəzi Çavçavadze prospekti, Melikişvili küçəsi bağlanıb. Adıçəkilən yollarda avtomobillərin hərəkəti dayanıb.

Qeyd edək ki, 14 iyun tarixində leysan yağışdan sonra gələn sel Tiflisdə 12 nəfərin ölümünə səbəb olub. Sel evləri, Tiflis zooparkını basıb. 20 nəfər şəxs itkin düşmüş sayılır.

Hadisə nəticəsində ümumilikdə 300-dən çox heyvanın öldüyü bildirilir.


Geri dön