Ana Sayfa > M / Karusel / Gündəm > Ramil Usubov işdən çıxardığı generala yeni vəzifə verdi

Ramil Usubov işdən çıxardığı generala yeni vəzifə verdi


23-02-2017, 17:46. Yazar: Xeberaz
Ramil Usubov işdən çıxardığı generala yeni vəzifə verdi


Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib.

"Xəbəraz.az " xəbər verir ki, general Mehrəliyev bu dəfə Daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub.

Qeyd edək ki, DİN rəhbəri Sərvər Mehrəliyevin yerinə İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Emil Usubovu təyin edib.

Geri dön