Ana Sayfa > M / Karusel / İdman / M2 / Foto-fakt / Xəbəraz TV > Karateçimiz qızıl medala belə sahib oldu (VİDEO)

Karateçimiz qızıl medala belə sahib oldu (VİDEO)


14-06-2015, 21:55. Yazar: Xeberaz
Karateçimiz qızıl medala belə sahib oldu (VİDEO)
Yığma komandamızdan 9-cu medal
Bu gün “Bakı-2015” I Avropa Oyunlarında karateçilərin mübarizəsinə yekun vurulacaq.

Xeberaz.az -ın məlumatına görə, final mərhələsində karateçilərimiz daha bir medal qazanıb.

Belə ki, 68 kq çəkidə qadınlar ibarət komandamızın üzvü İrina Zaretska ilk görüşündə dünya çempionu Kristina Vizkaino (İspaniya) ilə qarşılaşıb. Rəqibinə 0:4 hesabı ilə uduzan karateçimiz növbəti görüşdə yunanıstanlı Vasiliki Panetsiduya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Monteneqro idmançısı Marina Rakoviçi də üstələyən karateçimiz finala yüksəlib. Zaretska finalda avstriyalı Alisa Buçingerlə qarşılaşıb. Döyüş idmançımızın asan qələbəsi ilə başa çatıb. İrina rəqibini 8:1 hesabı ilə məğlub edərək, yığmamıza 9-cü medalı qazandırıb.
[media=https://youtu.be/IoXQ9u-PVic]
Geri dön