Ana Sayfa > M / Karusel / Dünya / M2 / Fotogalereya > Zorlamada şübhəli bilinən şəxs intihar etdi

Zorlamada şübhəli bilinən şəxs intihar etdi


14-06-2015, 19:24. Yazar: Xeberaz
Zorlamada şübhəli bilinən şəxs intihar etdi
Hadisə Rusiyanın Volqoqrad şəhərində baş verib
Rusiyanın Volqoqrad şəhərində zorlamada ittiham olunan şübhəli şəxs istintaq təcridxanasında intihar edib.

"Kişi cinsiyyət toxunulmazlığına qarşı cinayətin törədilməsində şübhəli bilinərək saxlanmışdı və onun barəsində həbs imkan tədbiri seçilmişdi", - deyə Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Saxlanılan şübhəli şəxs kamerada tək olub. Müayinə vaxtı polis onu kamerada ölü aşkar edib. O ölümqabağı üç məktub yazaraq qoyub. Hazırda faktla bağlı araşdırma aparılır.
Geri dön