Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Fotogalereya > Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayırlar

Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayırlar


14-06-2015, 12:59. Yazar: Xeberaz
Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayırlar
Həmsədrlərin bölgəyə səfəri planlaşdırılıb.

Bu ayın sonu, gələn ayın əvvəli ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri planlaşdırılıb.

Xeberaz.az
Oxu.Az-ın məlumatına görə,xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

İ. Popov səfər zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və dövlət başçıları ilə görüşəcəklərini deyib.

O qeyd edib ki, bu görüşlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq məqsədi daşıyır.

Prezidentlərin bundan əvvəl görüşlə bağlı iradə ortaya qoyduqlarını xatırladan İ. Popov dövlət başçılarının nəzərdə tutulan görüşünün vaxtını açıqlamayıb.
Geri dön