Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz TV / Reportaj > İran parlamentini silkələyən Azərbaycan çıxışı - Video

İran parlamentini silkələyən Azərbaycan çıxışı - Video


16-02-2017, 12:03. Yazar: Xeberaz
İran parlamentini silkələyən Azərbaycan çıxışı - Video
İranda Azərbaycan türkcəsində fəaliyyət göstərən telekanal açılmalıdır.

Cənubi Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki azərbaycanlı millət vəkili Hadi Bahaduri fevralın 15-də çıxışı zamanı deyib. İran parlamentinin yaydığı məlumata istinad edən “Xaneyemellət” azərbaycanlı millət vəkilinin çıxışını dərc edib.

“İran hakimiyyətindən Güney Azərbaycanın iqtisadi problemlərini və Urmiyə gölü böhranının həlli yolunu istəyirik. Pəhləvi hakimiyyəti uzun illər Azərbaycanın tarixini dəyişdirmək və burdakı etnik kimliyi yox etmək niyyətində olub. Rzaxan Pəhləvi bizim milli geyimlərimizə daim irad bildirib. Bu gün qarşınıza Azərbaycanın milli geyimində çıxaraq bildirmək istəmişəm ki, İslam Respublikası irqçiliyə son qoyaraq, etnik hüquqları qəbul edir. Biz bundan sonra Azərbaycan xalqı olaraq, bizi təhqir edənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edirik.

Konstitusiyanın 15 və 19-cu maddələrinə əsasən, hüquqlarımızın bərpa və ana dilimizin yenidən təsis edilməsini İran prezidentindən gözləyirik”, - Bahaduri bildirib.

Urmiyəli millət vəkili çıxışını Səməd Vurğunun “Azərbaycan” şeiri ilə yekunlaşdırıb.

Çıxışın video görüntüsünü təqdim edirik:


Geri dön