Ana Sayfa > M / Karusel / Dünya / M2 / Xəbəraz TV / Fotogalereya > Ronaldo Ermənistanı məyus etdi (VİDEO)

Ronaldo Ermənistanı məyus etdi (VİDEO)


14-06-2015, 11:48. Yazar: Xeberaz
Ronaldo Ermənistanı məyus etdi (VİDEO)
Portuqaliyanın qollarını Kriştiano Ronaldo vurub.
AVRO-2016-nın seçmə mərhələsində VI turun oyunları davam edir.

Xeberaz.az ANS PRESS-ə xəbər verir ki, ikinci oyun günündə Cəbəllütariqin qonağı olan dünya çempionu Almaniya rəqibinə böyük üstünlüklə qalib gəlib - 7:0.

İ qrupundan mübarizə aparan portuqallar İrəvanda Ermənistan millisi ilə qarşılaşıb. Görüş 3:2 hesabı ilə Pireney təmsilçisinin xeyrinə başa çatıb. Görüşdə Kriştiano Ronaldo het-trikə imza atıb.

Ötən həftə Azərbaycan millisini məğlub edən Serbiya yığması Danimarka ilə üz-üzə gəlib. Görüş Serbiyanın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, IV tura bu gün keçiriləcək 3 görüşlə yekun vurulacaq.


13 iyun;
D qrupu

Polşa – Gürcüstan - 4:0
Qol: Arkadiuş Milik, 62. Robert Levandovski, 89; 90+2; 90+3

İrlandiya – Şotlandiya - 1:1
Qollar: Con Uolters, 38 - Con O Şi, 47-öz qapısına

Cəbəllütariq – Almaniya 0:7
Qol: Andre Şyürrle, 28, 65, 71, Maks Kruze, 47, 81, İlkay Gündoğan, 51, Kərim Bellarabi, 57


Geri dön