Ana Sayfa > M / Karusel / Hadisə / M2 / Foto-fakt > Evdə qaz balonu partladı-DƏHŞƏT

Evdə qaz balonu partladı-DƏHŞƏT


14-06-2015, 11:16. Yazar: Xeberaz
Evdə qaz balonu partladı-DƏHŞƏT
Hadisə zamanı evin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.
Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

Xeberaz.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla məlumatına görə, yanğın rayon mərkəzindən 14 km aralıda yerləşən Yolçubəyli kəndində baş verib. Yanğın hadisəsi vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yaşanıb.

Maye qaz balonunda yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Geri dön