Ana Sayfa > M / Karusel / Gündəm > Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kim oldu? - DAHA BİR SƏRƏNCAM
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kim oldu? - DAHA BİR SƏRƏNCAM13-02-2017, 15:30. Yazar: Xeberaz |
Ramin Namiq oğlu Quluzadə yeni yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib. "Xəbəraz.az "-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Ramin Quluzadə kimdir? Quluzadə Ramin Namiq oğlu 1977-ci il fevral ayının 1-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə isə magistr dərəcəsi ilə bitirib. 2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib və 2014-cü ildə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2015-2016-cı illərdə isə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib. Ailəlidir, 2 övladı var. Geri dön |