Ana Sayfa > M / Karusel / İdman / Gənclərimiz > Rövnəq Abdullayev cüdoçumuzu mükafatlandırdı - FOTO

Rövnəq Abdullayev cüdoçumuzu mükafatlandırdı - FOTO


11-02-2017, 23:42. Yazar: Xeberaz
Rövnəq Abdullayev cüdoçumuzu mükafatlandırdı - FOTO
Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" yarışına start verilib.

"Xəbəraz.az " xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Beynəlxalq Cüdo Təşkilatının rəhbəri Marius Vizerlə birlikdə Paris "Böyük Dəbilqə" yarışının görüşlərini "AccorHotels Arena"da canlı izləyib.

İki gün davam edəcək mötəbər turnirin ilk günündə Azərbaycan milli komandası aktivinə 3 medal yazdırıb. Federasiya prezidenti bürünc medal qazanan Hidayət Heydərovun mükafatını şəxsən təqdim edib.

Qeyd edək ki, 61 ölkədən 412 idmançının (259 kişi, 153 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.
Geri dön