Ana Sayfa > M / Karusel / İdman / M2 > İsveçrə Avropa Oyunlarında üçüncü qızıl medalını qazandı

İsveçrə Avropa Oyunlarında üçüncü qızıl medalını qazandı


13-06-2015, 17:46. Yazar: Xeberaz
İsveçrə Avropa Oyunlarında üçüncü qızıl medalını qazandı
Gümüş və bürünc medalın sahibləri isveçrəli idmançılar olub.

Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər arasında dağ velosipedi yarışları başa çatıb.

Xeberaz.az -ın Trend-ə istinadən məlumatına görə, yarışların qalibi isveçrəli idmançı Nino Şurtera olub.

Gümüş və bürünc medalın sahibləri də müvafiq olaraq isveçrəli idmançılar Lukas Flükiger və Fabian Giger olub.

Beləliklə, I Avropa Oyunları çərçivəsində İsveçrə artıq üçüncü qızıl medalını qazanmaqla xal vəziyyətinə görə yeganə liderdir.

17:19

Bakı 2015 I Avropa Oyunlarında kişilər arasında dağ velosipedi üzrə yarışlar start götürüb.

Oxu.Az xəbər verir ki, yarışlarda 30 ölkədən 45 idmançı iştirak edir.

Azərbaycanı yarışlarda Aqşin İsmayılov və Orxan Məmmədov təmsil edir.

Yarışlar Bakı veloparkında “Mountain Bike” yolunda keçirilir.
Geri dön