Ana Sayfa > M / Karusel / İdman / M2 / Fotogalereya > karateçimiz Rafael Ağayev finala adlayıb.

karateçimiz Rafael Ağayev finala adlayıb.


13-06-2015, 17:42. Yazar: Xeberaz
karateçimiz Rafael Ağayev finala adlayıb.
Karateçilərimiz Rafael Ağayev və Firdovsi Fərzəliyev finala yüksəlib
Bu gün Avropa Oyunlarında iştirak edən karateçilərimiz də medal uğrunda mübarizəyə uğurla başlayıblar.

Xeberaz.az
-ın məlumatına görə, karateçimiz Rafael Ağayev finala adlayıb.

Bakı Kristal Zalında keçirilən yarımfinal görüşündə "Karatenin Maradonası"nın rəqibi alman Noah Bitsch olub. Rafael Ağayev 1:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdırıb. Bununla idmanşımız ən azı gümüş medala şansını qazanıb.

Bundan başqa, karateçi Firdovsi Fərzəliyev də Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində final mərhələsinə keçib. Fərzəliyev yarımfinal mərhələsində Moldova idmançısı Emil Pavlovu tatamidən kənara çıxarmaqla finala vəsiqə qazanıb.

Digər azərbaycanlı karateçi İlahə Qasımova isə Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində final mərhələsinə adlaya bilməyib.

Yarımfinal mərhəsində İ.Qasımova Fransa idmançısı Emili Toya məğlub olub.
Geri dön