Ana Sayfa > M / Karusel / Dünya / M2 / Foto-fakt > Rusiyada tanınmış “qanuni oğru” saxlanılıb. (FOTO)

Rusiyada tanınmış “qanuni oğru” saxlanılıb. (FOTO)


13-06-2015, 16:52. Yazar: Xeberaz
Rusiyada tanınmış “qanuni oğru” saxlanılıb.  (FOTO)
Saxlanıan şəxsin üzərindən narkotik maddə və silah tapılıb.


Xeberaz.az ANS PRESS-ə xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin və Narkotika ilə Mübarizə İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində 55 yaşlı Sergey Volkov saxlanılıb.

Saxlanılan şəxs kriminal aləmdə “Volçok” ləqəbilə tanınır. Onun üzərindən silah və külli miqdarda narkotik maddə tapılıb.

Qeyd edək ki, Rusiya mafiyasının tanınmış siması sayılan Sergey Volkov uzun müddətdir məşhur “qanuni oğru” Aleksandr Severov arasında müharibə gedir. 10 dəfə məhkumluq yaşamış “Saşa Sever” Tver vilayətinin kriminal dairəsində “boss” kimi qəbul olunurdu. Ancaq 10 ildən çoxdur “Saşa Sever”lə rəqabət aparan “Volçok” onunla hesablaşmır.

Bu iki “qanuni oğru”nun rəhbərlik etdiyi klanla mübarizə aparacaq daha bir qruplaşma formalaşmaqdadır. Bu klana “Edik Osetrin”in rəhbərlik etdiyi deyilir.




Geri dön