Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Fotogalereya > Azərbaycan sahibkarlar Putini sevindirdi

Azərbaycan sahibkarlar Putini sevindirdi


13-06-2015, 16:16. Yazar: Xeberaz
Azərbaycan sahibkarlar Putini sevindirdi
"Azərbaycan sahibkarları bizim bazarlarda yaranmış durumdan yararlanırlar"
Rusiya Azərbaycanla xüsusilə ərzaq bazarı sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Xeberaz.az -ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu barədə Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.

"İqtisadiyyatdakı burulğana baxmayaraq, bizim ölkələr arasında ticarət dövriyyəsi artır".

Rusiya prezidenti xatırladıb ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi keçən il 12 faizdən çox artıb, bu ilin I rübündə isə artım 6%-ə qədər olub.

"Bu onu göstərir ki, Azərbaycan sahibkarları bizim bazarlarda, xüsusilə də ərzaq bazarında yaranmış durumdan yararlanırlar. Mən qeyd etmək istəyirəm ki, bu, bizi çox sevindirir", - deyə Putin vurğulayıb.anspress
Geri dön