Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Foto-fakt > Azərbaycan prezidenti İtaliya Baş nazirinin birinci müavinini qəbul edib

Azərbaycan prezidenti İtaliya Baş nazirinin birinci müavinini qəbul edib


13-06-2015, 14:20. Yazar: Xeberaz
Azərbaycan prezidenti İtaliya Baş nazirinin birinci müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İtaliya Respublikası Baş nazirinin birinci müavini Klaudio De Vinçentini qəbul edib.

Xeberaz.az ın məlumatına görə, İtaliya Baş nazirinin birinci müavini Klaudio De Vinçenti “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminin onda dərin təəssürat yaratdığını deyib.

Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulandı, səfərin əməkdaşlığımızın müxtəlif istiqamətlərinin müzakirəsi baxımından önəmi qeyd olunub, əlaqələrin enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, qeyri-neft sektoru və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geri dön