Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Foto-fakt / Müsahibə > Amerika Ərdoğanın məğlubiyyətinə sevinir

Amerika Ərdoğanın məğlubiyyətinə sevinir


13-06-2015, 14:08. Yazar: Xeberaz
Amerika Ərdoğanın məğlubiyyətinə sevinir
ABŞ hakimiyyətindən Türkiyə mətbuatına sensasiyalı açıqlma verilib
ABŞ dövlət departamenti Türkiyədə keçirilmiş parlament seçkilərindən sonra ABŞ-Türkiyə əlaqələrində reset, yəni münasibətlərin ilkin vəziyyətə qaytarılmasını gözləyir.

Xeberaz.az ın məlumatına görə, ABŞ dövlət departamentindən Türkiyənin “Hurriyet” qəzetinə verilmiş məlumatda deyilir: "Seçkilərdə əldə edilmiş nəticələrdən sonra ABŞ-Türkiyə əlaqələrində reset gözləyirik. Xüsusilə də, son bir neçə ildə Türkiyədən ABŞ-a qarşı edilən ittiham şərhlərindən sonra buna ehtiyac var. Yeni dövrdə ortaq dəyərlərlə yanaşı, ortaq düşmənlərə sahib olduğumuzun da anlaşılacağına ümid edirik".

Mənbə, keçmişdə iki ölkə arasında yranmış çətinlikləri yada salıb: "Türkiyə NATO üzvüdür və ABŞ-ın ortağıdır. Keçmişdə bəzi anlaşılmazlıqlar yaşanıb. Bunların aşılmasına ümid edirik". Anspress
Geri dön