Ana Sayfa > M / Karusel / İdman / M2 / Foto-fakt / Ekskluziv > Bakıda Azərbaycan-Ermənistan qarşılaşması (FOTO)

Bakıda Azərbaycan-Ermənistan qarşılaşması (FOTO)


13-06-2015, 14:04. Yazar: Xeberaz
Bakıda Azərbaycan-Ermənistan qarşılaşması (FOTO)
Güləş üzrə kişilər arasında 59 kq Yunan-Roma yarışında 1/4 final oyunları baş tutub.
Güləş üzrə kişilər arasında 59 kq Yunan-Roma yarışında 1/4 final oyunları baş tutub.

ANS PRESS-in məlumatına görə, bu mərhələdə iki erməni əsilli idmançı üz-üzə gəlib. Ermənistan təmsilçisi Roman Amoyan Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla güləşib.

Rus idmançının aşkar üstünlüyü ilə keçən yarışdan Stepan Maryanyan 4:0 hesablı qələbə ilə ayrılıb.



Yarımfinal mərhələsində Rusiya idmançısı Azərbaycan təmsilçisi Elman Muxtarovla münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən görüşdə rus güləşçi 4:1 hesabı ilə qələbə qazanıb və finala çıxıb.

Azərbaycan təmsilçisi Elman Muxtarov isə medal ümidini hələ ki davam etdirir. Təmsilçimiz növbəti mərhələdə rus idmançısına uduzan Roman Amoyanla mübarizə aparacaq.
Geri dön