Ana Sayfa > M / Karusel / İdman / M2 / Foto-fakt / Gənclərimiz > Güləş üzrə kişilər arasında 98 kq-da Yunan-Roma yarışı başlayıb

Güləş üzrə kişilər arasında 98 kq-da Yunan-Roma yarışı başlayıb


13-06-2015, 12:45. Yazar: Xeberaz
Güləş üzrə kişilər arasında 98 kq-da Yunan-Roma yarışı başlayıb
Güləş üzrə kişilər arasında 98 və 59 kq-da Yunan-Roma yarışları başlayıb
.

Xeberaz.az ın məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında baş tutan yarışda güləşçimiz Orxan Nuriyev Latviyadan Vilius Laurinaitislə münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz kişilər arasında 1/8 finalda rəqibinə 4:1 hesabı ilə qalib gəlib və 1/4 final mərhələsinə adlayıb.

Digər bir təmsilçimiz Elman Muxtarov isə güləş üzrə kişilər arasında 59 kq-da Yunan-Roma yarışında mübarizə aparıb. 1/4 finalda Elman Norveçdən olan idmançı Stig-Andre Berge ilə güləşib. Təmsilçimiz son nəticədə 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə keçib.
Geri dön