Ana Sayfa > M / Karusel / Siyasət / Dünya > Ərəb dünyası Ərdoğanın bu sözündən danışır

Ərəb dünyası Ərdoğanın bu sözündən danışır


4-02-2017, 12:05. Yazar: Xeberaz
Ərəb dünyası Ərdoğanın bu sözündən danışır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Angela Merkelin “islamist terror” ifadəsinə etiraz etməsi ərəb dünyasında rezonans doğurub.

"Xəbəraz.az " xəbər verir ki, Merkelin bu sözünə Ərdoğanın dərhal müdaxilə etməsi və islamın sülh dini olmasını vurğulaması ərəb ölkələrində maraqla qarşılanıb. Xüsusən, sosial şəbəkələrdə həmin anın görüntüləri ən çox izlənilən videolardan olub.

Xatırladaq ki, Merkel Ərdoğanla görüşü zamanı “islamist terror” ifadəsini işlədib. Türkiyə prezidenti buna etiraz edərək, “İŞİD-dən dolayı “islamist terror” ifadəsini işlətsək, çox üzücü olar. Mən müsəlman prezident olaraq bunu qəbul etmirəm. Xahiş edirəm, bu ifadəni işlətməyək”, - deyib. Bundan sonra Merkel, “Din azadlığı mənim üçün çox önəmlidir və demokratiyanın bir parçası olaraq görürəm. Müsəlmanların azad yaşaması üçün əlimizdən gələni edirik. “İslami” ilə “islamist” arasında fərq var”, - deyərək, sözlərinə aydınlıq gətirib.
Geri dön