Ana Sayfa > M / Karusel / Siyasət / Aktual > İran ABŞ-a sərt cavab verdi

İran ABŞ-a sərt cavab verdi


4-02-2017, 01:49. Yazar: Xeberaz
İran ABŞ-a sərt cavab verdi
Rəsmi Tehran ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaları qeyri-legitim adlandırıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Yeni sanksiyalar ABŞ-ın öhdəlikləri və İranla “altılıq” ölkələri arasında əldə edilən sazişə dair BMT-nin qətnaməsi ilə uzlaşmır”, deyə Zərif bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran cavab addımları atacaq: “Tərəfimizdən ABŞ-ın bir sıra fiziki şəxsi və təşkilatına qarşı məhdudiyyətlər tətbiq ediləcək”.
Geri dön