Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > “Rusiya Krımı qaytarmasa sanksiyalar ləğv edilməyəcək” - ABŞ

“Rusiya Krımı qaytarmasa sanksiyalar ləğv edilməyəcək” - ABŞ


3-02-2017, 11:07. Yazar: Xeberaz
“Rusiya Krımı qaytarmasa sanksiyalar ləğv edilməyəcək” - ABŞ
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar rəsmi Moskva Krımı Ukraynaya qaytarana kimi qüvvədə olacaq.

"Xəbəraz.az "xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki yeni səfiri Nikki Xeyli Təhlükəsizlik Şurasındakı ilk çıxışı zamanı deyib:

“Bizim Krımla bağlı sanksiyalarımız Rusiya Ukraynaya məxsus yarımadanı geri qaytarmayana kimi davam edəcək. Ukrayna xalqı öz ölkəsinin gələcəyini həll etməlidir”.

İclasında sonunda Rusiyanın BMT-dəki daimi nümayəndəsi ABŞ səfirinin sözlərini təsdiqləyən Böyük Britaniya nümayəndəsinə müraciət edib:

“Siz də Folklend adalarını, Cəbəllütariq boğazını qaytarın, işğal etdiyiniz Kiprin bir hissəsini qaytarın, böyük hərbi bazaya çevirdiyiniz Hind okeanındakı Çaqos arxipelaqını qaytarın. O zaman sizin vicdanınız bəlkə, bir az təmiz olacaq və digər məsələlərdə mühakimə edə bilərsiniz”.
Geri dön