Ana Sayfa > M / Karusel / Siyasət > Rusiya Ermənistanın Türkiyə və İranla sərhədində nəzarəti gücləndirir

Rusiya Ermənistanın Türkiyə və İranla sərhədində nəzarəti gücləndirir


3-02-2017, 00:11. Yazar: Xeberaz
Rusiya Ermənistanın Türkiyə və İranla sərhədində nəzarəti gücləndirir
Rusiya ermenistanin turkiye ve iranla serhedinde nezareti guclendirir

Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin qida məhsullarının təhlükəsizliyi dövlət xidmətinin sədri İşhan Karapetyan və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti idarəsinin rəisi Anatoli Mixeyev Ermənistanın Türkiyə və İranla sərhədində baytarlıq-sanitariya vəziyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı addımları müzakirə ediblər. Görüş zamanı sərhədyanı zona və yaşayış məntəqələrində baytar-epidemioloji vəziyyət və heyvanların yoluxucu xəstəliklərinin Ermənistan ərazisinə keçməsinin qarşısının alınması üzrə addımlar müzakirə olunub.

Tərəflər İranın 9 əyalətində “quş qripi”nin yayılması məsələsinə toxunublar və bu ölkədən Ermənistana quş ətinin idxalına qadağa qoyulmasına dair qərar qəbul ediblər. Həmçinin, İran və Türkiyədən kənd təsərrüfatı heyvanlarının respublika ərazisinə keçirilməsinə nəzarətin gücləndirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədinin qorunması Rusiya sərhəd qoşunları tərəfindən həyata keçirilir.
Geri dön