Ana Sayfa > M / Karusel / Gündəm > Əsir düşmüş əsgərimizlə bağlı RƏSMİ AÇIQLAMA

Əsir düşmüş əsgərimizlə bağlı RƏSMİ AÇIQLAMA


2-02-2017, 14:29. Yazar: Xeberaz
Əsir düşmüş əsgərimizlə bağlı RƏSMİ AÇIQLAMA


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsir düşmüş əsgərimizlə bağlı məlumat yayıb.


Komissiyadan verilən məlumata görə, Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Geri dön