Ana Sayfa > M / Karusel / Dünya > Britaniya İcmalar Palatası tarixi qərar verdi

Britaniya İcmalar Palatası tarixi qərar verdi


2-02-2017, 03:09. Yazar: Xeberaz
Britaniya İcmalar Palatası tarixi qərar verdi
Böyük Britaniyanın İcmalar Palatası “Brexit” üzrə qanun layihəsini ikinci oxunuşda qəbul edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, qanun layihəsinin lehinə 498, əleyhinə 114 palata üzvü səs verib.

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair müzakirələr iki gün davam edib. Yekun səsvermənin fevralın 8-də keçiriləcəyi bildirilir.

Qeyd edək ki, ötən il, iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda əhalinin 52 faizi ölkənin Avropa İttifaqından çıxmasının lehinə səs verib.
Geri dön