Ana Sayfa > M / Karusel / Gündəm > Ramil Usubovdan Sadiq Gözəlovun yerinə TƏYİNAT

Ramil Usubovdan Sadiq Gözəlovun yerinə TƏYİNAT


1-02-2017, 15:09. Yazar: Xeberaz

Ramil Usubovdan Sadiq Gözəlovun yerinə TƏYİNAT

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.

DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.

Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.

Ramil Usubovdan Sadiq Gözəlovun yerinə TƏYİNAT
Geri dön