Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində ciddi məsələlər müzakirə ediləcək

Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində ciddi məsələlər müzakirə ediləcək


12-06-2015, 15:59. Yazar: Xeberaz
Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində ciddi məsələlər müzakirə ediləcək
Türkiyədən Azərbaycana böyük sıçrayış

2017-ci ildə Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsi 2,5 dəfə artaraq 10 milyard dollara çıxacaq.

Xeberz.az ANS PRESS-in məlumatına görə,xəbər verir ki, bu barədə Türkiyə Xarici Əlaqələr İdarəsinin (DEİK) Türkiyə Azərbaycan İş Birliyinin başçısı Çingiz Gül bildirib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında sərhədyanı ticarət və xırda alverçilərin gerçəkləşdirdiyi çəmadan ticarəti də nəzərə alınmaqla 4 milyard dollar təşkil edir.

“İki ölkə arasında potensial daha yüksəkdir. Xarici ticarət həcmini 2017-ci ildə 10 milyard dollara çıxarmağı hədəfə götürmüşük. Son vaxtlar yaşanan çətinliklər olmasaydı, bu rəqəmə çoxdan çatmışdıq”,- deyə Gül Türkiyədə və Azərbaycanda müşahidə edilən devalvasiyaya toxunub,

Azərbaycanın Türkiyə sərmayəsinə açıq olduğunu vurğulayan Gül ölkənin kənd təsərrüfatı sahəsində böyük sərmayə imkanlarının olduğunu vurğulayır. Onun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində məsələ müzakirə ediləcək.

Çingiz Gül bildirib ki, Türkiyə Azərbaycandan xam alüminium alır, Azərbaycana isə mebel, məişət texnikası ləvazimatları və detalları satır.
Geri dön