Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz-ın debatı > Cocuq Mərcanlı minalardan təmizlənir - Son vəziyyət açıqlandı

Cocuq Mərcanlı minalardan təmizlənir - Son vəziyyət açıqlandı


31-01-2017, 12:40. Yazar: Xeberaz
Cocuq Mərcanlı minalardan təmizlənir - Son vəziyyət açıqlandı


"Cocuq Mərcanlıda ilk olaraq tikiləcək evlərin və çəkiləcək yolların girişləri minalardan təmizlənir. Ərazidə texniki-tədqiqat işlərini tamamlamaq üzrəyik".

"Xəbəraz.az " xəbər verir ki, bunu azvision.az-a hazırda hazırda Cocuq Mərcanlı kəndində olan ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov deyib.

Onun sözlərinə görə, qarlı hava şəraiti onların işlərinə mane olduğundan müəyyən ləngimələr var. Bu səbəbdən hələ evlərdə təmizləmə əməliyyatlarına başlanılmayıb: "Dağılmış evlərin içərisində partlamamış hərbi-sursatların olması ehtimalı var. Həmin ərazilərdə xüsusi texnikalardan istifadə edərək təmizlənmə işlərini həyata keçirəcəyik. Əraziyə giriş yollarının təmizlənməsi işləri aparılır. Giriş xətlərinin açılmasını həyata keçirmişik. Hazırda ölçmə və işarələnmə işləri aparılır", - deyə baş əməliyyat mütəxəssisi vurğulayıb.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində minatəmizləmə əməliyyatlarının aparılacağı ərazinin ölçüsü müəyyənləşdirilib. Belə ki, 300 hektar ərazidə əməliyyatlar aparılacaq.

Geri dön