Ana Sayfa > M / Karusel / İdman / M2 / Araşdırma > "Barselona" və "Deportivo" arasında keçirilən matçın şübhəli olduğu iddia olunur.

"Barselona" və "Deportivo" arasında keçirilən matçın şübhəli olduğu iddia olunur.


12-06-2015, 14:37. Yazar: Xeberaz
"Barselona" və "Deportivo" arasında keçirilən matçın şübhəli olduğu iddia olunur.

"Barselona" - "Deportivo" matçı ilə bağlı şok iddia
"Deportivo"nun futbolçusu Xaviyə heç-heçənin hər iki komanda üçün yaxşı nəticə olacağını bildirib.


Xeberaz.az ın məlumatına görə, İspaniya liqasında baş tutan son tur matçında çempionluğu təmin etmiş kataloniyalılar rəqib qarşısında bütün gücünü sərf etməyib. Belə ki, hesabda 2:0 öndə olan "Barselona" oyunun sonuna yaxın 2 qol buraxıb və heç-heçəyə razı olub.

İspaniya mətbuatında yayılan məlumatlara görə, "Deportivo"nun müdafiəçisi Lopo "Barselona"nın kapitanı Xaviyə xahiş edib. Futbolçu rəqibinə heç-heçənin hər iki komanda üçün yaxşı nəticə olacağını bildirib. Oyunun heç-heçə bitməsi "Deportivo"nun liqada qalmasına imkan yaradıb.

Yaxın vaxtlarda təfərrüatların müəyyənləşdirilməsi üçün dəqiq araşdırma aparılacaq. Əgər klubların oyunun hesabını bilərəkdən müəyyənləşdirdikləri məlum olarsa, İspaniya Futbol Federasiyası tərəfindən klublara ağır cəzalar veriləcək.
Geri dön