Ana Sayfa > M / Karusel / Gündəm / M2 > Twitter-in rəhbəri istefaya gedir

Twitter-in rəhbəri istefaya gedir


12-06-2015, 14:16. Yazar: Xeberaz
Twitter-in rəhbəri istefaya gedir
“Komanda ilə fəxr edirəm”.

Twitter-in baş direktoru Dik Kostolo istefaya gedir. O, öz postunu iyulun 1-dən tərk edəcək, bununla yanaşı şirkətin idarə heyətində yerini saxlayacaq, Twitter-in mikrobloqunda bildirilib.

“Twitter komandası və bu komandanın mənim rəhbərlik etdiyim altı il müddətində əldə etdiyi nailiyyətləri ilə fəxr edirəm. Bizim dəqiq hədəf və prioritetlər strategiyamız mövcuddur”, - Kostolonun bəyanatında deyilir, Xeberaz.az Lenta.ru-ya istinadən xəbər verir.

Twitter mikrobloqları servisi 2006-cı ildə yaradılıb, şirkətin baş qərargahı San-Fransiskoda (Kaliforniya ştatı) yerləşir. Dik Kostolo şirkətə 2009-cu ilin sentyabrında gəlib, bir aydan sonra isə əməliyyat direktoru olub. 2010-cu ildə Eva Uilyams bu vəzifədən getdikdən sonra Twitter-ə rəhbərlik etməyə başlayıb.
Geri dön