Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Moldovanın baş naziri Kirill Qaburiç istefa verib.

Moldovanın baş naziri Kirill Qaburiç istefa verib.


12-06-2015, 13:56. Yazar: Xeberaz
Moldovanın baş naziri Kirill Qaburiç istefa verib.


Xeberaz.az TASS-a istinadla xəbər verir ki, bu barədə o, Kişinyovda mətbuat konfransında deyib.

“Mənim jestim geriyə deyil, irəliyə atılmış addımdır. Ümid edirəm ki, bu addım parlamentdə yeni hakim çoxluq formalaşdırmağa imkan verəcək”, - Qaburiç deyib.

O, əlavə edib ki, addımını ölçüb-biçib.

Qeyd edək ki, Qaburiç Moldova hökumətinə bu ilin fevralından başçılıq edir. Apreldə ona qarşı təhsil haqqında sənədlərinin saxta olması ilə bağlı cinayət işi açılıb.
Geri dön