Ana Sayfa > M / Karusel / Gündəm > Ordumuzun tətbiq edəcəyi müasir silahlar... - MN

Ordumuzun tətbiq edəcəyi müasir silahlar... - MN


27-01-2017, 11:50. Yazar: Xeberaz
Ordumuzun tətbiq edəcəyi müasir silahlar... - MN


Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir.

Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub ki, qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər:

"Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra M.Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sərkisyan onu təcili surətdə İrəvana qaçırtmaq məcburiyyətində qaldı. Apreldə döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi, deyəsən, bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir.

Lakin M.Akopyan dərk etməlidir ki, Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar aprel döyüşləri zamanı istifadə olunanlarla müqayisədə daha dağıdıcı olmaqla yanaşı, erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək".


Geri dön