Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 > Dollarda növbəti bahalaşma (CƏDVƏL)

Dollarda növbəti bahalaşma (CƏDVƏL)


12-06-2015, 12:59. Yazar: Xeberaz
Dollarda növbəti bahalaşma (CƏDVƏL)

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Xeberaz.az -ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb. Belə ki, ötən gün 1,0477 AZN-ə bərabər olan ABŞ dolları manat qarşısında 1.0479-a yüksəlib.

Avronun məzənnəsi isə manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1858 manatdan 1.1801-ə qədər azalıb.

Rusiya rublunun kursunda da ucuzlaşma qeydə alınıb. Rubl 0.0194 AZN-dən 0.0191 manata kimi azalıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.


Geri dön