Ana Sayfa > M / Karusel / Hadisə / Dünya > "Prezident olmaq istəmirəm" - Mark Zukerberq

"Prezident olmaq istəmirəm" - Mark Zukerberq


26-01-2017, 12:11. Yazar: Xeberaz
"Prezident olmaq istəmirəm" - Mark Zukerberq



"Haqqımda yayılan iddialar yanlışdır. ABŞ prezidenti olmaq niyyətim yoxdur".

Dünyanın ən populyar sosial şəbəkəsinin banisi və sahibi Mark Zukerberq BuzzFeed-ə müsahibəsində belə deyib.
- "Xəbəraz.az " bildirir ki, M.Zukerberqin sözlərinə görə, hazırda bütün diqqətini Facebook istifadəçilərinin sayının artırılmasına və "Chan Zuckerberg Initiative" xeyriyyə təşəbbüsünün fəaliyyətinə yönəldib: "Bu səbəbdən də 2020-ci ildə prezident seçkilərinə qatılmaq fikrində deyiləm".

Facebook-dakı mənbələr isə vurğulayırlar ki, Mark Zukerberqin gerçəkdən də, prezident olmaq niyyəti yoxdur: "Amma gələcəkdə o, ABŞ hökumətində hansısa postu ala bilər. Di gəl, Zukerberq bu posta can atmır".

Mark Zukerberq uzun illər Corc Buş ailəsinin fotoların çəkmiş fotoqrafı da işə götürüb.



Geri dön