Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Staj qadağası aradan qalxır - Nazirdən şad xəbər

Staj qadağası aradan qalxır - Nazirdən şad xəbər


24-01-2017, 11:37. Yazar: Xeberaz
Staj qadağası aradan qalxır - Nazirdən şad xəbər



Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq.

"Xəbəraz.az " xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslər onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür:

“Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur”.
Geri dön