Ana Sayfa > M / Karusel / Gündəm > Uşaqların inkişafına ziyan vuran informasiyalara qarşı mübarizə haqqında qanun hazırlanıb

Uşaqların inkişafına ziyan vuran informasiyalara qarşı mübarizə haqqında qanun hazırlanıb


23-01-2017, 15:47. Yazar: Xeberaz
Uşaqların inkişafına ziyan vuran informasiyalara qarşı mübarizə haqqında qanun hazırlanıb


Azərbaycanda uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalara qarşı mübarizə ilə bağlı xüsusi qanun layihəsi hazırlanıb.

"Xəbəraz.az " xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" qanun layihəsidir.

Layihə Milli Məclisin 2017-ci il yaz sessiyasında iş planına daxil edilib. Sənəddə mətbuatda və sosial şəbəkələrdə bu tip informasiyaların yayılmasına qarşı bir sıra tədbirlər əksini tapıb.


Geri dön