Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Minimum aylıq əməkhaqqı artırıldı

Minimum aylıq əməkhaqqı artırıldı


21-01-2017, 13:48. Yazar: Xeberaz
Minimum aylıq əməkhaqqı artırıldı


Azərbaycan Prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
"Xəbəraz.az "-ın Azərtac-a istinadən məlumatına görə, sərəncama əsasən əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilir.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilir.

Geri dön