Ana Sayfa > M / Karusel / Gündəm > Aqil Acalov: "Belə bir gündə insanların hisslərindən istifadə yolverilməzdir!"

Aqil Acalov: "Belə bir gündə insanların hisslərindən istifadə yolverilməzdir!"


20-01-2017, 22:08. Yazar: Xeberaz
Aqil Acalov: "Belə bir gündə insanların hisslərindən istifadə yolverilməzdir!"

"Bu gün bəzi insanlarımıza görə çox utandım!", - Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov 20 Yanvar anım günündən mənfəət güdənlərlə bağlı açıqlamasında belə deyib.
Qazancı vətən sevgisindən üstün tutanları sərt tənqid edən federasiya prezidenti Şəhidlər Xiyabanında gördüklərini diqqətə çatdırıb: "Böyükdən-kiçiyə hər kəsi Xiyabana axışan görmək, soyuq havaya baxmayaraq Vətən uğrunda canını verən insanları ziyarət etmək üçün növbə gözləyən izdihamı görmək qürurverici oldu. Amma bu qürura, bu anım gününə kölgə salan bir məqam da var idi ki, o da yalnız qazanc düşünən insanların varlığıdır. Başqa vaxt 30-40 qəpiyə satılan qərənfillərin 1 manata satıldığını müşahidə etdim. Vətən sevgisi, şəhidlərimizin ruhuna ehtiram hər birimizdə olmalıdır! Belə bir gündə insanların hisslərindən istifadə edərək qazanc güdənləri qınayıram!
Şəhid gülü boynubükük qərənfillərlə məzarları başdan-başa bəzəməkdənsə, bu günümüz üçün can verənlərin canına dəyər verməyib qazanmaq hərisliyi ilə yaşayanların varlığından çox utandım bu gün!".

Qeyd edək ki,bu sözləri Aqil Acalov öz rəsmi facebook səhifəsində paylaşmışdır.
Geri dön