Ana Sayfa > M / Karusel / İdman / M2 / Foto-fakt / Reportaj > Bakıda olan erməni: "Təhlükəsizlik yüksək səviyyədə təşkil olunub"

Bakıda olan erməni: "Təhlükəsizlik yüksək səviyyədə təşkil olunub"


11-06-2015, 15:42. Yazar: Xeberaz
Bakıda olan erməni: "Təhlükəsizlik yüksək səviyyədə təşkil olunub"
Ermənistan nümayəndə heyətinin mətbuat katibi İrəvana səsləndi


Xeberaz.az
-ın məlumatına görə, bunu I Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gəlmiş Ermənistan yığmasının mətbuat katibi Karen Qiloyan bildirib.

"Qraçya Rostomyanın rəhbərliyi altında 6 nəfərdən ibarət erməni nümayəndə heyəti artıq Bakıdadır. Mən Oyunlar başa çatanadək Bakıda qalacağam. Erməni idmançıların qohumlarına demək istəyirəm ki, narahatlıq üçün əsas yoxdur", - deyə Karen Qiloyan bildirib.

Qeyd edək ki, paytaxtımızda baş tutacaq I Avropa Oyunları sabah start götürür. Bu gün ermənilərin yunan-Roma güləşçilərinin də Bakıya gələcəkləri gözlənilir. Onların arasında Roman Amoyan, Miqran Arutyunyan, Karapet Çalyan, Maksim Manukunyan kimi idmançılar var.
Geri dön