Ana Sayfa > M / Karusel / İdman / M2 / Foto-fakt / Müsahibə > Elnur Məmmədli: "Sözlərim onları hirsləndirir" (FOTO)

Elnur Məmmədli: "Sözlərim onları hirsləndirir" (FOTO)


11-06-2015, 15:39. Yazar: Xeberaz
Elnur Məmmədli: "Sözlərim onları hirsləndirir" (FOTO)

"Cüdo Federasiyasının vitse-prezidentiyəm və təbii ki, bu yarışlar məni də yaxından maraqlandırır. Hazırda idmançılarımız Göygöldə təlim-məşq toplanışındadırlar. I Avropa Oyunlarına olduqca yaxşı hazırlaşırıq".

Xeberaz.az xəbər verir ki, Bunu ANS PRESS-ə açıqlamasında "Günə Baxan"nın qonağı olan Elnur Məmmədli deyib. O bildirib ki, Azərbaycan bayrağı olan bütün yarışlarda yaxından iştirak etmək onun başlıca funksiyasıdır:

"Hamımız cüdoçularımızın yanında olmalıyıq, onlara Azərbaycanda yarışdıqlarını unutdurmamalıyıq. Ən azı dualarımızı onlardan əsirgəməməliyik. İnanıram ki, bu yarışda böyük uğur əldə edəcəyik. Bu yarışda da, gələcək yarışlarda da onlar mənim rekordumu təzələyə bilərlər. Əmin olun, nəinki mənim uğurum təkrarlanacaq, hətta idmançılarımız məni də keçəcəklər", - deyə E.Məmmədli vurğulayıb.

Veteran cüdoçu həmkarı Elmar Qasımovun "Elnur Mәmmәdli ilә hәmişә bәrabәr sәviyyәdә gülәşirәm" sözlərinə də münasibət bildirib. Elnur Məmmədli söyləyib ki, Elmar Azərbaycan xalqının fəxridir: "Məşqlərdə Elmarla və digər idmançılarla güləşirəm, öz bildiklərimdən onlara məsləhət verirəm. Mən onlara həvəsləndirmək üçün bəzi sözlər deyirəm və bu, onları hirsləndirir. Hirslənəndə isə daha əzmlə mübarizə aparırlar".
Geri dön