Ana Sayfa > M / Karusel / Gündəm > Ramil Usubov iki polkovniki vəzifədən azad etdi
Ramil Usubov iki polkovniki vəzifədən azad etdi14-01-2017, 16:43. Yazar: Xeberaz |
Daxili işlər orqanlarına kadr dəyişikliyi olub. Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Fəxrəddin Şirəliyev və Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi polis polkovnik-leytenantı Elman Quliyev tutduğu vəzifədən azad ediliblər. Digər bir əmrə əsasən isə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis mayoru Haqverdi Zeynalov Nərimanov RPİ-nin CAŞ-ın rəisi təyin olunub. Qeyd edək ki, bir müddət əvvəl Masallı RPŞ-nın rəisi polkovnik Nəriman İmanov Nəromanov RPİ-nın rəisi təyin edilib. Geri dön |