Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Belarus Respublikasının prezidenti Avropa Oyunlarının açılışına qatılacaq.

Belarus Respublikasının prezidenti Avropa Oyunlarının açılışına qatılacaq.


11-06-2015, 13:40. Yazar: Xeberaz
Belarus Respublikasının prezidenti Avropa Oyunlarının açılışına qatılacaq.

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko iyunun 11-13-də Azərbaycan Respublikasına işgüzar səfər edəcək.

Xeberaz.az
-in məlumatına görə, bu barədə Belarus prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, dövlət başçısı I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək. Bundan əlavə, Belarus Prezidenti bir sıra ikitərəfli görüşlər keçirəcək və idman obyektlərinə baş çəkəcək.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Rusiya, Türkiyə və Serbiya prezidentləri Bakıya səfər edəcəyini açıqlayıb.

Birinci Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də baş tutacaq. I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcə və yarışlarda 50 Avropa ölkəsindən 6 mindən çox idmançı qatılacaq.
Geri dön