Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Foto-fakt > Krüd millət vəkilindən qalmaqallı açıqlama (FOTO)

Krüd millət vəkilindən qalmaqallı açıqlama (FOTO)


10-06-2015, 21:45. Yazar: Xeberaz
Krüd millət vəkilindən qalmaqallı açıqlama (FOTO)
1991-ci ildə kürd dilində and içən millət vəkili 10 il həbs edilmişdi
Türkiyədə keçirilən parlament seçkiləri zamanı HDP-nin Diyarbəkirdən seçilən millət vəkili kürd dilində and içmək istədiyini deyib.

Xeberaz.az ın məlumatına görə, Feleknas Uca adlı qadın millət vəkili 44 il əvvəl ailəsi ilə birlikdə Almaniyaya köçüb. O, türk dilində bilmədiyini, kürd, alman və ingilis dillərini bildiyini deyib. "Türk dilini bilmədiyim üçün kürd dilində and içmək istəyirəm", - deyən HDP-nin millət vəkili bu sözləri bəzilərində narahatlıq yaradıb.

Belə ki, 1991-ci il seçkilərində də SHP (Sosial Demokrat Partiyası) namizədi Leyla Zana da millət vəkili seçilən zaman kürd dilində and içmişdi. Səs-küylü andiçmə mərasimindən sonra qadının millət vəkili kimi hüquqları ləğv edilmişdi. 1994-cü ildə isə qadın həbs edilib və yalnız 10 ildən sonra - 2004-cü ildə azadlığa buraxılıb. 2011-ci ildə yenidən millət vəkili seçiləndə isə Leyla Zana kürd deyil, türk dilində and içmişdi.

Geri dön