Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Rusiya Prezidenti Vladimir Putin İtaliyaya rəsmi səfərə gedib.

Rusiya Prezidenti Vladimir Putin İtaliyaya rəsmi səfərə gedib.


10-06-2015, 19:09. Yazar: Xeberaz
Rusiya Prezidenti Vladimir Putin İtaliyaya rəsmi səfərə gedib.


ANS PRESS-in məlumatına görə, o, Milanda keçiriləcək “Expo 2015” qlobal sərgi çərçivəsində baş nazir Matteo Renzi ilə görüşəcək.

Rusiya dövlət başçısı Romada prezident Sergio Mattarella və keçmiş baş nazir Silvio Berluskoni ilə görüşü nəzərdə tutulur. Bundan əlavə, Putin səfər zamanı Vatikanda Roma papası Fransisk ilə də görüşəcək.

Görüşdə Ukrayna münaqişəsi, Yaxın Şərqdəki xristianların vəziyyəti və pravoslav-katolik münasibətləri müzakirə olunacaq.

Xatırladaq ki, iki həftə sonra Avropa İttifaqında Rusiyaya qarşı iqtisadi sanksiyaların genişləndirilməsi ilə bağlı səsvermə gözlənilir. ABŞ və Avropa İttifaqı Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
Geri dön