Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Foto-fakt > Bakıda xüsusi təyinatlılar oteldə əməliyyat keçirdi

Bakıda xüsusi təyinatlılar oteldə əməliyyat keçirdi


10-06-2015, 18:59. Yazar: Xeberaz
Bakıda xüsusi təyinatlılar oteldə əməliyyat keçirdi
Əməliyyatda xüsusi təlim almış itlər də iştirak edib
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlıları plana uyğun olaraq təlim əməliyyatlarını davam etdirir.

Xeberaz.az xəbər verir ki, Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün xüsusi təyinatlılar paytaxtdakı otellərin birində əməliyyat keçiriblər.

Əməliyyat təxminən bir saat ərzində baş tutub. Əməliyyatda xüsusi təlim almış itlər də iştirak edib. TƏlim əməliyyatları ictimai qaydaların və ictimai təhlükəsizliyin qorunması məqsədilə keçirilir.

Qeyd edək ki, iyunun 12-dən 28-dək, idmanın 20 növü üzrə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etmək şərəfli olduğu kimi, məsuliyyət də tələb edir. Yarışların yüksək səviyyədə keçirilməsi üçün qarşıya qoyulmuş bütün tələblərdən irəli gələn tədbirlər artıq yekunlaşıb. Bu baxımdan, yarışlar ərəfəsi və yarışlar zamanı ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsinə digər güc strukturları ilə yanaşı cəlb edilən Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da şəxsi heyətin hazırlığı və bütün təminatı üzrə qarşıya qoyulan mühüm tapşırıqları tam yerinə yetirib.
Geri dön