Ana Sayfa > M / Karusel / Dünya / M2 > Suriya müftisi: İŞİD sıralarında çox sayda azərbaycanlı var

Suriya müftisi: İŞİD sıralarında çox sayda azərbaycanlı var


10-06-2015, 18:46. Yazar: Xeberaz
Suriya müftisi: İŞİD sıralarında çox sayda azərbaycanlı var
“Onların sıralarında dünyanın müxtəlif ölkələrindən 70 min muzdlu döyüşür”.

Suriyada İslam Dövləti (İD) yaraqlılarının sıralarında 70 min xarici muzdlu döyüşür, onların 5-7 mini Rusiya və MDB ölkələrindəndirlər.

Xeberaz.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Suriyanın baş müftisi Əhməd Bədərddin Hassun bildirib. O, Rusiyaya “İslam dünyası” beynəlxalq konfransında iştirak etmək üçün gəlib.

“Yaraqlıların sıralarında Suriyada 70 min xarici muzdlu döyüşür, onların 5-7 mini Rusiya və MDB ölkələrindəndirlər Bəziləri ailələri ilə gələrək Türkiyədə hazırlıq keçirlər. Maliyyələşdirmə Səudiyyə Ərəbistanındandır. Təlimatçılar ABŞ və Böyük Britaniyadandırlar”, - Hassun bildirib.

Müfti qeyd edib ki, muzdluların əksəriyyəti MDB-nin Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi ölkələrindən gəlir.
Geri dön