Ana Sayfa > M / Karusel / Dünya / Fotogalereya > Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb


10-06-2015, 00:26. Yazar: Xeberaz
Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Hər iki pilot katapult edərək xilas olunub.

Türkiyənin Yalova bölgəsində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Xeberaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çiftlikköy yaşayış məntəqəsi yaxınlığında baş verib.

Məlumata əsasən, “T-41” tipli təyyarə təlim uçuşu zamanı yaranmış nasazlıq səbəbindən qəzaya uğrayıb. Hər iki pilot katapult edərək xilas olunub.

Pilotlar hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətləri haqda məlumat verilmir.
Geri dön